Kriminal avtoritetlə keçmiz siyasi məhbus arasında qalmaqal

img

18-10-2012 [04:49]


Keçmiş siyasi məhbus, İmişlidəki evinin damına müxtəlif etiraz şüarları vurmaqla cəmiyyətdə tanınan Musa Rahimin üzərinə kriminal avtoritet göndəriblər. Bu barədə mia.az-a Musa Rahimin özü məlumat verib. Həmin kriminal avtoritetin ?yerli hökumət?in göndərdiyini iddia edən M.Rahim bildirib ki, məqsəd onu susdurmaq olub: Bilirsiniz ki, zaman-zaman İmişlidəki haqsızlıq və qanunsuzluqlarla bağlı etiraz aksiyaları keçirmişəm. İndisə yerli hökumət siyasi hakimiyyətə xoş getsin deyə üzərimə kriminal avtoritet göndərir. Həmin qoçaq da kimlərəsə xoş gəlmək üçün ictimaiyyət içində mənə əl-qol atdı. Yəqin düşünürlər ki, məni bu aləmin insanları ilə üz-üzə qoyacaqlar, amma yanılırlar. Mən, bu hadisəylə bağlı lazımi şəxslərə sözümü deyəcəyəm?. Müsa Rahim baş vermiş hadisədə rayon icra hakimiyyəti başçısının müavini Səfa Ağayevlə ?Titanik Tofiq? ləqəbi ilə tanınan milyonçu işş adamı Tofiq İsayevdən şübhələndiyini də özlərinə əlavə edib. Sonda müsahibimiz bildirib ki, həmin avtoritetin kimliyini hələki açıqlamaq niyyətində deyil: ?İstəməzdim, onun adı hallansın, istənilən halda cinayət aləmi ilə üz-üzə qalmaq fikrim yoxdur. Bu məsələni qanuni oğruya çatdıracam. Baş verən hadisənin 31 dəqiqə13 saniyə lent yazısı var. Orda rayon torpaq şöbəsinin müdiri Vüqar Məmmədovun, Tofiq adlı işçisinin və kənd bələdiyyəsinin aldığı rüşvətlə bağlı söhbət gedir?. İttihamla bağlı tərəflərin mövqeyini də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA