Qəzetlər ?Qasid?in qarzısında aksiya keçirdi

img

18-10-2012 [04:33]


Bu gün ?Azadlıq?, ?Yeni Müsavat? və ?Gündəm Xəbər? qəzetləri kollektivlərinin ?Qasid? mətbuat yayımı firması qarşısında aksiyası baş tutub. Jurnalistlər aksiyanı ?Pulumuzu verin? şüarı ilə keçirib. Aksiyanın gedişində firmanın rəhbəri, millət vəkili Mirkazım Kazımov ofisin qarşısına gələrək, aksiyaçılarla görüşüb. O, aksiyanı anlayışla qarşılasa da, problemi qəzet rəhbərləri ilə otaqda müzakirəyə üstünlük verdiyini bildirib. ?Azadlıq? qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə otaqda məsələni dəflərlə müzakirə etdiklərini, amma problemin həll olunmadığını diqqətə çatdırıb. R.Hacıyev vurğulayıb ki, jurnalistlər əlacsızlıqdan belə bir aksiyaya əl atıblar. Çünki redaksiya maddi cəhətdən acınacaqlı vəziyyətlə üzləşib. Nəşriyyat çapa görə haqqını tələb edir, kağıza pul ödənməlidir, əməkdaşlara maaş verilməlidir. Lakin qəzet ?Qasid? vasitəsilə satdığı məhsulların pulunu ala bilmir və maliyyə böhranı yaşayır. M.Kazımov yaranmış problemi onunla izah edib ki, yay fəslinə görə ticarət dövriyyəsi aşağı düşüb, üstəlik firmanın 100-dən çox köşkü götürülüb. ?Yeni Müsavat? qəzetinin baş redaktoru vurğulayıb ki, jurnalistəlrin bu aksiyası təkcə ?Qasid?dən pullarını tələb etmək üçün deyil, həm də bu firmanın özünə dəstəkdir. ?Çünki ?Qasid?ə qəsd olunur, onun köşkləri yığışdırlır, bu isə qəzetlərin tirajına, maddi vəziyyətinə ciddi zərbə vurur?. Bu yerdə ?Qasid?in rəhbəri onlara qarşı hər hansı qəsd olmadığını deyib və köşklərinin götürülməsini onların köhnəlməsi ilə izah edib. M.Kzımov artıq firmanın çətin vəziyyətdən çıxmaq üçün müəyyən addımlar atdığını və ilin sonuna qədər qəzetlərə olan borcunu ödəyəcəyini bəyan edib. O, qəzetlərin borcunu ya əvvəlki qaydada onların özünə, ya da Nəşriyyata, qəzetlərin borcunun əvəzinə ödəyə biləcəklərini deyib. Qəzet rəhbərləri əslində ?Qasid?in yaranan borcu Nəşriyyatla qarşılıqlı həll etmək raılığının bir qədər əvvəl əldə edildiyini xatırlatdıqda isə, Kazımov bunun üçün müvafiq bank hesabını onlarda olmadığını bildirib. Sonda ?Qasid?in rəhbəri borcun qəzetlərə ilin sonuna qədər ödənəcəyini bir daha vəd edib və jurnalistlər bununla razılaşaraq aksiyanı başa çatdırıblar. azadliq.info

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA