Hacıbala Abutalıbov ?Fəvvarələr?də mitinqə ?yox? dedi

img

17-10-2012 [04:14]


İctimai fəalların və müxalifətçi gənclərin təşkilatçılığı ilə nəzərdə tutulan 20 oktyabr aksiyasının Fəvvarələr Meydanında keçirilməsinə icazə verilməyib. AXCP gənclər komitəsinin rəhbəri Əbülfəz Qurbanlı musavat.com-a bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti onların müraciətinə bu gün cavab verib: ?Aksiyanın 20-ci sahədə keçirilməsi təklif olunub. Fəvvarələr Meydanında keçirilməsinə icazə verilməyib. Bunu vətəndaşların həmin ərazidə istirahət hüququnu pozmaqlaəlaqələndiriblər. Hətta müraciətimizə səhv tutmağa çalışıblar. Guya aksiyanın nə məqsədlə keçirildiyini aydın şəkildə yazmamışıq. Bu cavaba baxmayaraq aksiya oktyabrın 20-si, saat 15-də Fəvvarələr Meydanında keçiriləcək. Təxminən, 2 min nəfərin iştirakı nəzərdə tutulur?. Qeyd edək ki, etiraz aksiyasında parlamentin buraxılması tələb olunacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA