Nəqliyyat Nazirliyi avtobus sərnizinlərinə müraciət edib

img

17-10-2012 [01:57]


Nəqliyyat Nazirliyi Bakıda fəaliyyət göstərən marşrut avtobuslarında yeniliklərin tətbiqinə başlayıb. Bir neçə gündür ki, avtobuslarda sərnişinlərə ünvanlanmış bildiriş lövhələri yapışdırılıb. Lövhələrdə ?Bakı Sərnişin Nəqliyyat? MMC-nin adından sərnişinlərə müraciət edilir. Bildirilir ki, Bakı sakinləri avtobuslarla bağlı rastlaşdıqları problemlərin həll edilməsində MMC-yə kömək etməlidir və insanlar şikayət və müraciətlərini ?qaynar xətt? nömrələrinə (012 561 76 28-29) çatdıra bilər. Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Yeganə Zeynalova Lent.az-a bildirib ki, sərnişinlər problemlərlə bağlı biganə qalmamalıdır və rastlaşdıqları qayda pozuntularını dərhal aidiyyatı üzrə çatdıra bilərlər: ?Belə yeniliklər hələ çox olacaq. İstəyirik ki, sərnişindaşımada keyfiyyəti artıraq?. Son aylarda Bakıda sərnişin avtobuslarının iştirakı ilə xeyli yol-nəqliyyat hadisəsi baş verib. Avtobuslarla sərnişindaşıma ilə bağlı vaxtaşırı reydlər keçirilir, bu istiqamətdə ictimai müzakirələr aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA