Milli Məclis prokuroru hakim təyin etdi

img

16-10-2012 [07:50]


Oktyabrın 16-da Milli Məclis Prezident İlham Əliyevin sərəncamı ilə ötən həftə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunan 74 yaşlı Fikrət Babayevin yerinə yeni namizədi ? Bakının Nizami rayonunun prokuroru Mahir Muradovu hakim təyin edib. Xatırladaq ki, bu barədə mia.az olaraq hələ ayın 12-də məlumat yaymışdıq. Həmin xəbərdə qeyd etmişdik ki, prezident İlham Əliyevin təqdimatı ilə hakim təyin olunduqdan sonra Mahir Muradov Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə keçiriləcək. Böyyk ehtimalla yaxın həftələrdə bu xəbərdə təsdiqlənəcək. Onu da qeyd edək ki, 2004-cü ildən Nizami rayonunun prokuroru vəzifəsində işləyən Mahir Muradov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yaxın qohumudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA