Elzad Abdullayev general Nəcməddin Sadıqovdan danızdı; Yeni faktlar açıqlanacaq

img

16-10-2012 [11:44]


?Azərbaycanda mütəşəkkil cinayətkar dəstə leqal fəaliyyət göstərir və heç kim bununla bağlı tədbir görmək istəmir. Mənim bir qardaşım bu dəstə tərəfindən oğurlanıb, digərini zəhərləyiblər. Bu məsələlər qalıb kənarda, başqa məsələlərdən danışırlar?. Mia.az xəbər verir ki, bu sözləri ?Azadlıq?a açıqlamasında fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev deyib. Sabiq rektoru qardaşının oğurlanmasında Müdafiə Nazirliyinin baş qərargah rəisi, general Nəcməddin Sadıqovun adının hallandırılmasına da münasibət bildirib: ?Mən heç yerdə bu adamın adını çəkməmişəm. Sizdən eşidirəm bu məsələni. Mətbuatda nə yazıblar, bilmirəm. Hesab edirəm ki, bu, diqqəti əsl cinayətkarlardan yayındırmaq üçün ortaya ata bilərlər?. Elşad Abdullayev həmçinin bildirib ki, yaxın vaxtlarda yeni açıqlamalar verə bilər: ?Yeni açıqlamalar var və güman ki, yaxın vaxtlarda ictimaiyyət bunlardan hali olacaq?. Lakin sabiq rektorun yeni açıqlamaların kimlər barədə olduğunu demək istəməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA