Əvəz Temirxanın məhkəməsi yenə təxirə düzdü

img

15-10-2012 [10:46]


Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı qaldırdığı iddiası üzrə ətyin olunmuş məhkəmə iclası yenə də təxirə salınıb. Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, ixtisasca hüquqşünas olan Əvəz Temirxan vəkillik fəaliyyəti ilə məşğul olmaq istəsə də, Vəkillər Kollegiyası onun qarşısına sədd çəkib. Temirxan iddia edir ki, test imtahanı verərək yüksək nəticə göstərməsinə rəğmən, Vəkillər Kollegiyası siyasi mövqeyinə görə növbəti mərhələni keçməsinə imkan verməyib: ?Məhz buna görə də, Əvəz Temirxan Nəsimi Rayon Məhkəməsində Vəkillər Kollegiyasına qarşı ?Vəkillər Kollegiyası üzvlüyünə qəbuldan imtinanın qanunsuz sayılması? tələbi ilə iddia qaldırıb. Amma məhkəmə onu haqlı saymayıb. Əvəz Temirxan da bu qərardan apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun artıq üçüncü prosesdir ki, iş üzrə qərarını verə bilmir?. Məlumata görə, hakim Raqub Qurbanov oktyabrın 11-ə təyin olunmuş prosesi noyabr ayının 1-ə təxirə salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA