Generalın zirkəti ?Azərcell?i uddu

img

15-10-2012 [10:43]


?Azərcell Telekom? Məhdud Məsuliyyətli Cəmiyyəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyevin nəzarətində olduğu deyilən və bir müddət əvvəl fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılan ?Catel? Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qaldırdığı iddia Bakı Apellyasiya Məhkəməsində də fiaskoya uğradı. Bu barədə mia.az daxil olan məlumata görə, oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə ?Azərcell Telekom? MMC-nin ?Catel?ə qarşı onların kanallarından istifadəyə görə yaranmış borc və dəbbə pulu tələbindən bəhs edən şikayətinə baxılıb: ?Həmin günü hakim Valeh Ağayev saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, ?Catel?i haqlı çıxarıb?. Xatırladaq ki, ?Azərcell? ?Catel?lə qarşı qaldırdığı iddia ərizəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquqşünası Zaur Qəmbərovu da 3-cü şəxs qismində prosesə cəlb eləmişdi. Tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA