Zaqatala və Balakəndə güclü zəlzələ baz verdi; Arif Hacılı həyəcan təbili çaldı; Ölən var

img

14-10-2012 [03:59]


Bu gün Zaqatala ilə yanaşı, Balakən rayonunda da zəlzələ oldu. Zəlzələnin rixter şkalası ilə 6 bal olduğu bildirilir. Mia.az Balakən sakinlərinə istinadən xəbər verir ki, yeraltıtəkanlar təxminən 15:30-da baş verib. Zəlzələ o qədər güclü olub ki, evlər, maşınlar yerində oynayırmış. İnsan tələfatı olmasa da, dağıntılar var. Bu arada Müsavat Partiyası başqanının müavini Arif Hacılı Balakəndə baş vermiş zəlzələ ilə bağlı açıqlama verib. O, ?Episentr Balakəndə olmaqla güclü zəlzələ oldu. Dağıntılar var. Bu məlumatı yayın. yerlərlə əlaqə çətinləşib. Oraya insanların yardımına getmək lazım olacaq. Hamı gərginlik içindədi .Onlara dəstək verməyimiz gərəkdir!?, - deyə, bildirib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə əvvəl Azərbaycan ərazisində baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 15:13:36-da, Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınıb. Yeraltı təkanların gücü isə maqnituda ilə 5,7 olub. Onu da qeyd edək ki, Balakəndə zəlzələ bir nəfərin həyatına son qoyub. Dünyasını dəqyisən şəxsin yaşlı olduğu da bildirilir. Gecə aldığımız xəbərə görə, ölən rayonun Kortala kənd sakini Zinədova Xacabanu Məhəmməd qızıdı. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər həyatını qurtara blməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA