ixtiyar Şirin Əli Ömərova yenə uduzdu

img

14-10-2012 [04:40]


Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın iki sabiq baş prokuroru ? İxtiyar Şirinlə Əli Ömərov arasındakı ?döyüş?ə son qoyulub. Bu barədə mia.az-a daxil olan məlumata görə, İxtiyar Şirinin ?Yeni Müsavat? qəzetini də maraqlı şəxs qismində cəlb etdiyi məhkəmə işi üzrə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılıb: ?Hakim Cəmilə Səfiyeva şikayət üzrə ötən həftə İxtiyar Şirinin xələfinə qarşı şikayətinə baxıb və qərarını elan edib. Hakimin qərarı isə Əli Ömərovdan yana olub. Yəni İxtiyar Şirinin şikayətini təmin etməyib?. Xatırladaq ki, sabiq baş prokurorlar arasındakı məhkəmə çəkişməsinə Əli Ömərovun ?Yeni Müsavat? qəzetinə verdiyi müsahibə səbəb olub. O, həmin müsahibəsində sələfi İxtiyar Şirinin narazılığına səbəb olan ifadələr işlədib: ?4 iyul 1994-cü ildə Gəncədə baş verən hadisələrlə bağlı müsahibə verən Əli Ömərov İxtiyar Şirinin əleyhinə bəzi ifadələr işlədib. Ona görə də, o, Əli Ömərovun haqqında Nəsimi Rayon Məhkəməsində şərəf və ləyaqətinin müdafiəsi və mənəvi ziyandan bəhs edən iddia qaldırıb. Lakin rayon məhkəməsi də Əli Ömərovun xeyrinə qərr verib. İndi İxtiyar Şirinin Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib-verməyəcəyi maraq doğurur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA