Baz Prokurorluq Elzad Abdullayevi təkzib etdi

img

12-10-2012 [09:01]


Baş Prokurorluq Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı prokurorluqda dindirilməsinə dair mətbuatda yayılan məlumatlara münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, bəzi KİV-də Mətanət İsgəndərli və bacısı Təranənin Baş Prokurorluqda Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: ?Bu məlumat doğru deyil və tərəfimizdən təkzib olunur?. Qeyd edək ki, bəzi KİV Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı əməkdar artist Mətanət İsgəndərli və bacısı Təranənin istintaqın suallarını cavablandırmaq üçün prokurorluğa dəvət edilməsi və hər iki şəxsin ifadəsinin alınması barədə məlumatlar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA