Konstitusiya Məhkəməsinin sədri dəyizir; Fərhad Abdullayevi Mahir Muradov əvəzləyəcək

img

12-10-2012 [08:55]


Oktyabrın 16-da Milli Məclis Prezident İlham Əliyevin sərəncamı ilə ötən həftə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunan 74 yaşlı Fikrət Babayevin yerinə yeni namizədi təyin edəcək. Bu barədə mia.az-a Milli Məclisdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Fikrət Babayevdən boşalmış hakim yer Nizami rayonunun prokuroru Mahir Muradov tərəfindən tutulacaq: ?Mahir Muradov ayın 16-da Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək. Artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən təqdimat verilib və ayın 16-da keçiriləcək Milli Məclisin iclasında bu təqdimat təyinatla rəsmiləşdiriləcək?. Məlumatda o da bildirilir ki, hakim seçildikdən sonra Mahir Muradov Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə keçiriləcək: ?Mahir Muradovun təyinatından sonra Konstitusiya Məhkəməsinin sədri ilə bağlı məsələ gündəmə gələcək və o, hazırkı sədr Fərhad Abdullayevin postunu tutacaq?. Xatırladaq ki, 2004-cü ildən Nizami rayonunun prokuroru vəzifəsində işləyən Mahir Muradov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yaxın qohumudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA