QAT üzvü Nəsib Cəfərovdan QHT rəhbərlərinə təpki

img

12-10-2012 [04:47]


rdüşt Əlizadə, Niyazi Mehdi, Rəhman Bədəlov və Arzu Abdullayeva kimi ?xalq diplomatlarına? məcburi köçkün olaraq bildirmək istəyirəm ki, sizin erməni faşistləri ilə görüşləriniz ictimaiyyət arasında rəğbətlə qarşılanmır. Utanmaz-utanmaz bu görüşləri dostluq və əməkdaşlıq kimi şərh edirisiz. Ancaq unutmayın ki, bu millətin düşmənləri ilə dostluq edənlər özləri də bu millətin düşmənləridir. ?Düşmənimin dostu mənim düşmənimdir?. Nə qədər unutqan, laqeyid, qorxaq olasan ki, 20 Yanvar, Xocalı və bir çox faciələri unudasan, artıq sizin bu hərəkətləriniz xalqı cana yığıb. Sizin kimi insanlara inam və etibar qalmayıb. ?Xalq diplomatiyası? adı ilə ermənilərlə görüşənlər unutmasınlar ki, ermənilərin dəyirmanına su tökürlər. İnşallah biz, yəni Azərbaycan xalqı öz torpaqlarımızı erməni faşistlərindən azad edəcəyik, Öz ata-baba yurdumuza qayıdacağıq. Onda sizin kimilərin bu çirkin əməllərinin üstündən qara xətt çəkiləcək. Hər hansı azərbaycanlı, partiya üzvləri, təşkilat üzvləri ermənilərlə dostluq və əməkdaşlıq əlaqəsi qurarsa, bu Azərbaycan xalqının adına ləkə kimi qəbul edilər. Azərbaycan çörəyi yeyib, erməni ilə dostluq edənlərə Azərbaycan çörəyi haram olsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA