Prezident ilham Əliyev müasir bulvarda

img

11-10-2012 [08:11]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyevə layihə üzrə görülən işlər barədə məlumat verilib. Bakı bulvarının genişləndirilmiş hissəsində paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün ən müasir şəraitin yaradılması istiqamətində işlərin davam etdirildiyi bildirilib. Bakı bulvarının genişləndirilmiş hissəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA