Bakıda üçəm doğuldu

img

11-10-2012 [11:51]


Bakıda üçəm dünyaya gəlib. Bu barədə məlumatı körpələrin valideynləri veriblər. Körpələr 1983-cü il təvəllüdlü Sevan Kamilovun və 1983-cü il təvəllüdlü Rəmziyyə Salamnovanın ailəsində dünyaya gəliblər. Hər 3-ü oğlan olan körpələr Nəsimi rayonu Qasımov adına 1 saylı doğum evində doğulublar. Yeni doğulan üçəmlərin ikisi 1 kq 500 q, biri isə 1 kq 800 qram çəkidədir. Hazırda körpələrin səhhətində heç bir problem yoxdur. Rəmziyyə Salamnovanın sözlərinə görə, üçəmlər onların ikinci övladlarıdır. Belə ki, cütlük ailə qurduqdan 4 il sonra ilk oğlanları dünyaya gəlib. Bundan 3 il sonra ailə yenidən övlad sevinci yaşayıb(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA