Ramil Usubov DYP rəisini və əməkdazlarını qovdu

img

10-10-2012 [09:38]


Nazir Ramil Usubov tərəfindən Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi Azad Məmmədov və 3 yol polis əməkdaşı vəzifələrindən azad olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilənlərin işdən olunmasının səbəbi yoxlamalar nəticəsində aşkarlanan nöqsanlardır. MİA.az-ın əldə etdiyi xəbərə görə, Azad Məmmədov başda olmaqla Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində aparılan yoxlamanın əsl səbəbi rüşvətlə bağlı olub. Belə ki, vətəndaşdan rəis və əməkdaşları rüşvət alarkən akt videoya alınıb: ?Həmin video-faktda yol polislərinin rüşvət alması açıq göstərilir. Məhz bu video nazirliyə daxil olduqdan sonra nazir Ramil Usubov şöbədə yoxlama təşkil etdirməklə, təxminən 10 gün əvvəl adıçəkilənləri işdən qovulması əmrini verib?. Məsələ ilə bağlı tərəflərin mövqeyini də dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA