47 nəfər toy məclisində zəhərləndi

img

10-10-2012 [03:10]


Ötən gün Tərtərdə toy məclisində kütləvi zəhərlənmə qeydə alınıb. MİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tərtər rayonunun Ələsgərli kəndində, kənd sakini Eldar Əliyevin keçirdiyi toy məclisindən qidadan zəhərlənmə ilə 47 nəfər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar. Tərtərdə baş verən kütləvi zəhərlənmənin təfərrüatları məlum olub. Toyda zəhərlənən şəxslərdən 40 nəfəri ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün evə göndəriliblər. Tərtər rayon Mərkəzi Xəstəxanasının həkimi Hicran Rəhimlinin ANS PRESS-ə verdiyi məlumata görə, digər şəxslərin vəziyyətləri daha ağır olduğu üçün onlar xəstəxanada qalıblar. Həkimin sözlərinə görə, xəstəxanada qalan 7 nəfrin vəziyyətləri digərlərinə nisbətən ağır olsa da, onların həyatları üçün təhlükə yoxdur. Zəhərlənən şəxslər həkimə əsasən baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, qarın nahiyyəsində ağrılardan şikayət ediblər. Hələlik onların dəqiqliklə hansı qidadan zəhərləndikləri məlum deyil. Bunu müəyyən etmək üçün Səhiyyə Nazirliyinn mütəxəssisləri ekspertiza aparacaqlar. Faktla bağlı Tərtər rayon polis şöbəsində cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA