Ramil Səfərov bu gün evlənir

img

09-10-2012 [10:11]


Macarıstandan Azərbaycana ekstradisiya olunan, sonra isə əfv edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov bu gün evlənir. AzNews.az-a daxil olan məlumata görə, toy ?Meredian? şadlıq sarayında baş tutacaq. Toyda bəyin və gəlinin yaxın adamları, eləcə də bir sıra yüksək çinli məmurların, millət vəkillərinin iştirakı gözlənilir. Məlumata görə, şadlıq sarayında ciddi təhlükəsizlik tədbirləri görülüb. İndidən saray nəzarət altındadır. Qeyd edək ki, toyun vaxtının gizli qalmasına ciddi-cəhdlə çalışıblar. Bu isə aydın məsələdir ki, R. Səfərovun ekstradisiyasından sonra erməni terror təşkilatlarının, eləcə də Ermənistanın siyasi rəhbərliyinin təhdidləri ilə əlaqədardır. Elə buna görədir ki, zabitimizin evlənməsi tarixi ilə bağlı bir neçə dəfə yanlış məlumat yayılmışdı. Xəbər portallarında Ramilin toyunun olması ilə bağlı az qala detallı yazılar yazılmışdı. Ancaq zabitin atası Sahib Səfərov bu xəbərləri təkzib etmişdi və bu məsələni gündəmdə saxlamamağı xahiş etmişdi. AzNews.az-ın bu xəbəri isə tam realdır: Zabitimiz bu gün nişanlısı Şəbnəm Gülməmmədova ilə ailə həyatına qədəm qoyur. Allah xoşbəxt eləsin!#601;,

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA