Konstitusiya Məhkəməsinin 74 yazlı hakimi "vuruldu"

img

08-10-2012 [10:15]


Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb. Mia.az xəbər verir ki, rəsmi məlumatda F.Babayevin səlahiyyətlərinə öz ərizəsinə əsasən xitam verildiyi bildirilir. Lakin prezident İlham Əliyevin bu ilin iyun ayında ?Konstitusiya Məhkəməsi haqqında? qanununda dəyişikliklər edilməsi barədə sərəncamını yada saldıqda, aydın olur ki, F.Babayevin gedişi məcburi xarakter daşıyıb. Belə ki, həmin seərəncama görə, sözügedən məhkəmə hakimlərinin vəzifədə olmasının son yaş həddi 70-dir. Hazırda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də daxil olmaqla, adıçəkilən məhkəmənin 9 tərkib üzvündən təkcə 1 iyul 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olmuş Fikrət Babayevin yaşı yeni qanuna uyğun gəlmirdi. Onu da qeyd edək ki, Prezident Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədovanın da öz ərizəsinə əsasən hakim səlahiyyətlərinə xitam verilməsi barədə sərəncam imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA