Gülər Əhmədovanın ölkədən çıxmasına qadağa qoyuldu

img

08-10-2012 [07:06]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru və adı bir sıra qanunsuzluqlarda hallandırılan Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı videogörüntülər iki həftədir ki, ölkə mediasının gündəmini qarışdırıb. Xatırladaq ki, bu videogörüntülərdən sonra Mərkəzi Seçki Komissiyası (MSK) Gülər Əhmədovanın mandatının ləğv olunması barədə qərar çıxardı və sabiq deputatın mandatı ləğv edildi. Hazırda baş vermiş qalmaqallı olayla bağlı cinayət işi açılıb. Mötəbər mənbələrdən Teleqraf.com-a daxil olan məlumata görə, olayla bağlı cinayət işi açıldığından Gülər Əhmədovanın ölkədən çıxmasına qadağa qoyulub. Mənbə bildirir ki, açılmış cinayət işinə xitam verilməyəndək G.Əhmədovanın ölkə dışına çıxması yasaqlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA