Rövnəq Abdullayev FIFA-nın vitse-prezidenti ilə görüzdü

img

08-10-2012 [05:33]


Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə ölkəmizdə səfərdə olan FIFA-nın vitse-prezidenti İssa Hayatou arasında görüş keçirilib. Görüşdə ölkəmizdə futbolun inkişafı, qadın futbolunun yüksək səviyyəyə çatdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı məsələlər müzakirə olunub. AFFA prezidenti qonağa respublikamızda bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. İ.Hayatou səfərdə oduğu müddət ərzində qeyd olunan məsələlərlə yaxından maraqlandığını və həyata keçirilmiş tədbirlərdən, xüsusilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilatçılığından razı qaldığını bildirib. Qeyd edək ki, görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA