Elzad Abdullayev hüquq müdafiəçilərinin də səsini yazıb

img

08-10-2012 [03:15]


Avropa Şurası Parlament Assambleyasının payız sessiyasından qayıdan hüquq müdafiəçiləri bu gün brifinq keçirib. Strasburqda olarkən hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə, Eldar Zeynalov, Talihə Zalihova fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevlə görüşüblər. Görüş Elşad Abdullayevin iki gün davam edən təkidli xahişindən sonra baş tutub. Hüquq müdafiəçiləri ilə sabiq rektorun görüşünü Elnur Məcidli təşkil edib. Elşad Abdullayev 2003-cü ildə itkin düşən qardaşı Mahir Abdullayevin məsələsinin araşdırılmasında hüquq müdafiəçilərindən yardım istəyib. O, bununla bağlı hüquq müdafiəçilərinə ərizə ilə müraciət edib. Öz novbəsində hüquq müdafiəçiləri bu məsələdə ona yardım edəcəklərini bildiriblər. Maraqlıdır ki, Elşad Abdullayev hüquq müdafiəçiləri ilə görüş zamanı aparılan danışıqları da lentə aldırıb. Novella Cəfəroğlu bildirib ki, onlar qalmaqallı videogörüntü ilə bağlı cinayət işi açıldığını, bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını Elşad Abdullayevin nəzərinə çatdırıblar: ?Dedik ki, bu, cinayət əməlidir, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır?. Səidə Qocamanlı isə qeyd edib ki, rüşvət videosu ilə bağlı AŞPA-da rəsmi mövqe olmayıb: ?Ancaq bizimlə söhbətlərində bu hadisənin biabırçı fakt olduğunu söylədilər?. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA