Misir Mərdanov: "Bu, yalnız saxta pul çap edən kimi, saxta diplom çap edən izbazların izidir".

img

08-10-2012 [01:12]


"Təhsil Nazirliyi tərəfindən verilmiş diplomların sayı barədə nazirlikdə məlumatlar olur. Amma hələlik o diplomların kimlərə verilməsi barədə baza yaradılmayıb". Mia.az xəbər verir ki, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, bu il və ya gələn il belə bazanın yaradılacağını qeyd edib.Nazir əlavə edib ki, TN diplomları, blankları ali məktəblərə verərkən ali məktəbi bitirən insanın adını orada qeyd etmir. Onun sözlərinə görə, diplom almaq üçün ali məktəblər məzunlarının siyahısını TN-ə təqdim edir. Nazirlik də o siyahı əsasında məktəblərə diplom verir: "Amma düşünürəm ki, orta məktəblərə attestatlar nömrə ilə verildiyi kimi, gələcəkdə ali məktəblərə diplomlar da nömrə ilə verilsə, bu problem həll olunar". Nazir hesab edir ki, Azərbaycanda saxta diplomlarla bağlı vəziyyət digər ölkələrdə olduğu kimi ciddi deyil. Azərbaycanda belə diplomlar hansısa işbaz adamların vasitəçiliyi ilə düzəlir: "Bizdə də elə hal olub ki, bir ali məktəbə verilmiş diplom nəzərdə tutulmuş insana verilməyib. Bu, yalnız saxta pul çap edən kimi, saxta diplom çap edən işbazların işidir. Belə hallar da zaman-zaman aşkarlanır və onlar öz cəzalarını alırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA