Baba Tağıyev Ərdəbil ayətullahı barədə danızdı

img

08-10-2012 [11:00]


Ərdəbildən ayətullah imam cumə seyid Həsən Amilin son gunlərdə Azərbaycan dövləti, Azərbaycan xalqı haqqında çıxışları, bəyanatları məndə çox təəsüf hissi yaradır ki, o da doğrudan özünü müsəlman sayır? o da özünü azərbaycanlı sayır??. Bu sözləri Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, ?İrəli Azərbaycan? İctimai Birliyinin sədri, sabiq millət vəkili Baba Tağıyev deyib. Onun sözlərinə görə, bu adını müsəlman qoyan ayətullahlar Azərbaycan türk-müsəlman xalqını ?şiə-müsəlman? xalqı deyə adlandırırlar, Azərbaycan dövlətinə isə ?Bakı dövləti? deyirlər. ?Bu adını müsəlman qoyan din xadimləri İslam dininə, İslami dəyərlərə deyil, xalqın haqq yoluna deyil, Qarabağ torpaqlarında, Azərbaycan xalqına qarşı edilən haqsızlığın yanında, erməni işğalçılarının yanında yer alırlar. Azərbaycan müsəlman-türklərinə dəstək olmaq əvəzinə, işğalçı Ermənistanla hərbi-strateji müttəfiqlik edirlər. Bu yüksək çinli azərbaycanlı din xadimləri Güney Azərbaycanda Azərbaycan xalqının azadlıq ruhunun olmadığını iddia edirlər?-deyə B.Tağıyev bildirib. B.Tağıyev daha sonra əlavə edib: ?Yadına 1991-ci il Azərbaycan parlamenti düşür. O, dövr ulu öndər Heydər Əliyev Azərbaycan müstəqilliyi, istiqlaliyyəti üçün mübarizə aparıb-çıxışlar edəndə, o dövr Azərbaycan parlamentində neçə -neçə Araz Əbizadələr və başqaları Azərbaycanlı olmalarına baxmayaraq, Azərbaycanın müstəqilliyi əleyhinə səs verirdilər. O dövrdə önəmli çıxışlardan sonra ulu öndər Heydər Əliyevlə birlikdə 43 nəfər Azərbaycanın müstəqilliyinə səs verdi. Tarix göstərir ki, imperiya maraqlarına xidmət edənlər, necə ki 1991-ci ildə ?ziyalılar? tapıldı, bu gün də Güney Azərbaycanda adını ?müsəlman?, ?azərbaycanlı? qoyan, haqq yoluna, xalqın haqqı uğrunda deyil, imperiya maraqlarına xidmət edən ?ziyalılar? və ?din xadimləri? var. Amma xalqın yolu haqq yoludur. Çünki Azərbaycan xalqının Allah-taladan verilən azadlıq haqqını və azadlıq ruhunu heç bir imperiya sındıra bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA