Lənkəranda etiraz aksiyası olub

img

06-10-2012 [08:32]


Oktyabrın 6-da Lənkəranın Cil-Xarxatan-Şağlasel kəndlərinin sakinləri etiraz aksiyası keçirib. Etirazçılar 10-dan çox kəndi əhatə edən 7 kilometrlik yolun təmir edilməsini tələb ediblər. Ümumilikdə 15 km olan yolun yarısı 2012-ci ilin əvvəlində təmir olunub. Qalan hissəsi tamamilə dağılıb və keçilməz olub. Bu baxımdan 50-dən çox kənd sakini etiraz əlaməti olaraq yolu bağlayıb, qalan hissənin təmir olunmasını tələb edib. Aksiya yerinə Lənkəran icra başçısının müavinləri və polislər gəlib. İcra hakimiyyətindən məsələnin araşdırılacağına söz veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA