Gülər Əhmədova ilə bağlı yeni video yayıldı

img

06-10-2012 [12:22]


Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı növbəti 7 dəqiqəlik video yayıb. Bu barədə ?Azadlıq? qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Elşad Abdullayev bununla bağlı qəzetə məktub və videonun youtube-dakı linkini göndərib.Elşad Abdullayev məktubda yazır: Hörmətli redaksiya! Sizə təqdim etdiyim videogörüntüləri ictimailəşdirdiyiniz və bununla əlaqədar yaranmış vəziyyətə obyektiv yanaşmanıza, məlum video ilə bağlı təşkil etdiyiniz müzakirələrə görə qəzetinizə bir daha minnətdarlığımı bildirirəm. Qısaca olaraq, yaranmış vəziyyətə münasibətimi bildirmək istərdim. Gördüyünüz kimi, cəmiyyətdə olan buz tərpənmişdir, bunu problem ətrafında gedən müzakirələr də sübut edir. Sevindirici haldır ki, dövlət rəsmilərinin də bu məsələ ilə bağlı susuqunluğuna nəhayət, son qoyulmuşdur. Prokurorluq tam əminəm ki, ölkə başçısının müdaxiləsindən sonra cinayət işi başlamış, Gülər Əhmədova deputat mandatından imtina etməyə məcbur olmuş, MSK onun mandatının alınmasını təsdiq etmişdir. Amma hadisələrin inkişafı mənə belə deməyə əsas verir ki, proseslər yenə də qanun çərçivəsində deyil, siyasi konyuktura müstəvisində cərəyan edir. Prokurorluq hələ ki, cinayət törətmiş və bunun üçün məsuliyyəti cəlb edilməli olan şəxsləri deyil, məni nişan götürmüşdür. Son günlər Baş prokuror Zakir Qaralovun mənim barəmdə səsləndirdiyi fikirlər, ABU-da, mənə və ailə üzvlərimə aid olan evlərdə axtarışların aparılması buna əyani misaldır. Həm baş prokurorun, həm ondan aşağıda və yuxarıda duranların, həm də qəzetiniz vasitəsilə bununla maraqlanan bütün oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bu yolla məni qorxuda bilməyəcəklər, mən həqiqətin müəyyən edilməsi üçün axıra kimi getməkdə israrlıyam. Yeri gəlmişkən, qeyd edim ki, Baş prokurorun mənim guya insan alveri ilə məşğul olmağım barədə söylədikləri ağ yalandır, səbəbi də məlumdur. Bununla demək istəyir ki, biz hamımız rüşvət alırıq, ancaq Elşad Abdullayev, hətta insan orqanlarıyla alver edir. Obyektiv istintaq aparılacaqsa, mənim bu məsələyə heç bir qarışacağım olmadığı aşkar olunacaq. Ən azı, ona görə ki, ABU-nun nəzdində olan klinikaya mənim heç bir aidiyyətim olmamışdır. Bir neçə kəlmə də hörmətli Ramiz Mehdiyevin video qalmaqalla bağlı söylədiklərinə cavab vermək istərdim. Əgər düz başa düşmüşəmsə, cənab Mehdiyev məni və Gülər Əhmədovanı dələduz adlandırıb. Əvvəla, xahiş edərdim ki, hörmətli Mehdiyev izah etsin ki, əgər Gülər Əhmədova məni aldadıb pulu onun adından alırdısa, onun bundan xəbəri yox idisə, aldanmış şəxs kimi mən niyə dələduz oluram? Ikincisi, Azərbaycan reallığından məlumatı olan hər kəsə, o cümlədən mənə aydındır ki, Gülər Əhmədova məni deputat ?seçdirə? bilməzdi. O, məni inandırmışdı ki, pulu Ramiz müəllimə verəcək. Dediklərimi sübut etmək üçün Gülər Əhmədovayla danışığımızdan daha bir fraqmenti sizə göndərməklə onu yaymağınızı xahiş edirəm. Son olaraq bir daha bildirirəm ki, mən video görüntülərin və audio yazıların indi yayılmasının əleyhinəyəm. Yenə də inanmaq istəyirəm ki, prezident Ilham Əliyev ona ünvanladığım müraciəti nəzərə alaraq iş üzrə müstəqil istintaq komissiyası yaradılmasına göstəriş verəcək. O zaman mən əlimdə olan bütün materialları KIV-ə yox, məhz həmin komissiyaya təqdim edəcəyəm. Həmin videogörüntüdəki dialoqdan: Gülər Əhmədova: - Bildin? Adamlar var, Fərhadın adamıdır. Konkret bilirlər ki, bu, Fərhadın siyahısıdır, bu Əli İnsanovun siyahısıdır. Bilirlər ki, bu, Kəmaləddin Heydərovundur, bu, Ramiz Mehdiyevlikdir, bu, Mehriban Əliyevalıqdır. Düzdür, yoxsa yox? Sevinc Babayeva: - Düzdür. Gülər Əhmədova: - Bəlkə səhv danışıram? Sevinc Babayeva: - Yox, yox, yox.. Sentyabrın 25-də fəaliyyəti dayandırılan ABU-nun rektoru Elşad Abdullayev deputat seçilməsi üçün 2005-ci ildə deputat Gülər Əhmədovanın ondan 1 milyon manat pul istədiyi iddia olunan 16 dəqiqəlik video görüntünu yayıb. Elşad Abdullayev bildirib ki, bu, G. Əhmədova ilə 5 saatlıq söhbətdən bir fraqmentdir. Görüntülərin yayılmasından sonra Bakı Şəhər Prokurorluöunda dələduzluq maddəsi ilə cinayət işi açılıb. G. Əhmədova parlamentə deputatlıq mandatının ləğv olunması üçün müraciət edib. MSK oktyabrın 3-də onun mandatının ləğvi ilə bağlı qərar qəbul edib. ?KQB? ARXİVLƏRİ NİYƏ AÇILMIR? ?Yeni Müsavat? qəzeti ?Elşad Abdullayevin vəkilindən ilginc açıqlamalar? olduğunu yazır. Qəzet həmin məlumatı vəkilin facobook statusundan götürüb. Qəzetin yazdığına görə, vəkil Adil İsmayılov deyib ki, ?Bu videogörüntülərə baxandan və audioyazıları dinləyəndən sonra ?KQB? arxivlərinin açılmasınının əleyhinə olanları başa düşməyə başladım?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA