Nobel mükafatı laureatı, professor Kennet Cozef Arrou Muğam Mərkəzindəki tədbirin sədarət kürsüsündə yatıb

img

05-10-2012 [04:30]


Bu gün İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Beynəlxalq Muğam Mərkəzində ?İqtisadi inkişaf modellərinin humanitar aspektləri? mövzusunda ?dəyirmi masa? işə başlayıb. ?Dəyirmi masa?nı giriş sözü ilə Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev açıb. Sonra iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard İqtisadi Məktəbinin yaradıcısı, professor Kennet Cozef Arrou ?Bu gündən gələcəyə doğru? mövzusunda məruzə çıxış edib. Daha sonar isə Qlobal Araşdırmalar Mərkəzinin direktoru, Böyük Britaniyanın Uorvik Universitetinin fəxri professoru lord Robert Skidelski və Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyderberqaçıxış edib. Bundan sonra ?Dəyirmi masa? iştiraçıları Nobel mükafatçısına sual vermək üçün növbəyə düzülüblər. Amma bu zaman bəlli olub ki, Nobel mükafatı laureatı, professor Kennet Cozef Arrou sədarət kürsüsündə yuxuya gedib. Hörmətli qonağı yuxudan oyatmaq istəməyən Şəmsəddin Hacıyev isə işirakçıların sualların özü qeyd etməli olub. Suallar bitdikdən sonra isə rektor professor Kennet Cozef Arrou yuxudan oyadaraq sualların onun diqqətinə çatdırıb və cavablandırılmasını xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA