?AZAL? qiymətlərdə endirim etdi

img

05-10-2012 [10:11]


"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Praga-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətlərindəki uçuşlara xüsusi güzəştli ekonom sinif tarifi tətbiq edir. "Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, bu tarif çərçivəsində oktyabrın 30-u uçuş tarixinədək Praqa, Milan, Roma, London və ya Paris şəhərlərinə tur paket əldə etdikdə, gediş-dönüş aviabileti 200 EUR məbləğində rəsmiləşdirilir (qiymətə hava limanı yığımları daxil deyil). Qeyd edək ki, aviabiletin həmin qiymətlə əldə edilməsi yalnız iki istiqamətli reyslərə və yalnız ilkin uçuş Bakıdan olduğu halda mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA