Bakıda iki gün su olmayacaq

img

04-10-2012 [11:50]


Kür-Bakı magistral su kəmərlərində əsaslı təmir və yeni su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar oktyabrın 4-də saat 23:00-dan Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq. Bununla əlaqədar 5-6 oktyabr tarixlərində Hacıqabul və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və ?20-ci sahə? yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində fasilələr yaranacaq. Yaranmış narahatlıqla əlaqədar ?Azərsu? ASC abunəçilərdən üzr istəyir.#601;b

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA