N!DA Baz Prokurorluğa müraciət edib

img

03-10-2012 [06:28]


N!DA Vətəndaş Hərəkatı Zaur Qurbanlının saxlanılma yerinin dəyişdirilməsilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna online ərizə ilə müraciət edib. Müraciətdə Z.Qurbanlının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılmasının qanunsuz olduğu ifadə olunub: ?29 sentyabr 2012-ci il tarixində polis tərəfindən tutularkən müdafiəçinin yardımından istifadə imkanından məhrum olmaqla yanaşı, saxlanmadan sonra barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmiş NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, gənc fəal, blogger Zaur Qurbanlı artıq 4-cü gündür ki, qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılır?. Ərizədə o da qeyd olunur ki, polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam Qaydalarının 1.3-cü maddəsinə əsasən inzibati qaydada həbs edilmiş şəxslərin saxlanılması üçün xüsusi qəbuledici məntəqələr olmayan ərazidə yerləşən polis orqanlarında bu şəxslərin saxlanılmaları üçün Müvəqqəti Saxlanma Təcridxanasında kameralar yaradılır: ?Halbuki, Zaur Qurbanlının inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə köçürülməməsi üçün heç bir əsas yoxdur. Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam Qaydalarına əsasən göstərilən hallardan başqa, digər şəxslərin müvəqqəti saxlanma təcridxanasında saxlanılması qadağandır. Sizdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində qanunsuz olaraq saxlanan NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, gənc fəal, blogger Zaur Qurbanlıya qarşı təzyiqlərə son qoyulmasını və ?polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam Qaydalar?ının tələblərinə uyğun olaraq Zaur Qurbanlının inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə köçürülməsinə dair tədbirlər görməyinizi xahiş edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA