Qafqaz Universitetində Nizami Gəncəvinin yubileyi qeyd olunub

img

03-10-2012 [05:24]


Bu gün Qafqaz Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı tədbir keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə tələbə və professor-müəllim heyəti, eyni zamanda, dəvət olunmuş qonaqlar iştirak ediblər. Açılış sözü ilə çıxış edən Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin müdiri prof. Akif Hüseynli Nizami Gəncəvi yaradıcılığından geniş söz açıb. Bildirib ki, Nizami Gəncəvi tək Azərbaycanın deyil, o eyni zamanda dünya şairidir. Daha sonra AMEA-nın aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil, Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin II kurs magistr tələbəsi Aygün Əliyeva Nizami irsinin müxtəlif istiqamətlərində fikirlər söyləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA