Azərbaycan isveçrəyə nota verib

img

02-10-2012 [07:01]


Azərbaycan Respublikası İsveçrəyə nota verib. Notaya səbəb isveçrəli deputatların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmələridir. İsveçrədəki səfirliyimiz notanı artıq bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edib. İsveçrə Xarici İşlər Nazirliyindən verilən izahatda qeyd edilib ki, deputatların səfəri rəsmi deyil, şəxsi xarakter daşıyıb. İsveçrə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. İsveçrə parlamentinin Ermənistanla dostluq qrupunun üzvlərindən ibarət deputta heyəti bir müddət öncə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə icazəsiz səfər ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA