Ordumuzun zabiti Ramil Səfərov evləndi

img

02-10-2012 [01:28]


Macarıstandan ölkəyə gətirilərək, əfv edilən milli ordunun zabiti Ramil Səfərov bu günlərdə ailə həyatı qurub. Bu barədə məlumatı bizimyolinfo.com saytına zabitimizin yaxınları məlumat verib. Məlumatda bildirilir ki, Ramil Səfərovun ölkəyə gəlməsindən bir müddət sonra məzuniyyətə buraxılması da ail-məişət məsələlərini yoluna qoymaqla bağlı olub. Ancaq zabitimizin azad olunmasının Ermənistanda sərt qarşılanması və ASALA-nın terror hədələri səbəbiylə, toy məclisi geniş təşkil olunmayıb. Bəylə gəlinin ailə üzvlərinin qatıldığı mərasim gizli təşkil lunub. Ramil Səfərovun toy məclisini sakitcə keçirməsi göstərişi isə Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin tövsiyəsi əsasında olub. Məlumata görə, Ramil Səfərov nişanlısı Şəbnəm Məmmədova ilə ailə qurub. #601;rt qar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA