Milli Məclis Ramil Səfərovla bağlı bəyanat verdi

img

01-10-2012 [05:47]


Oktyabrın 1-də, payız sessiyasının ilk iclasında Milli Məclis beynəlxalq təşkilatlara və parlamentlərə zabit Ramil Səfərovla bağlı rəsmi mövqeni bildirmək üçün yeni komissiya yaradıb. Komissiyanın sədri Valeh Ələsgərov, üzvləri Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov, Sədaqət Vəliyevadır. Milli Məclisin yeni komissiyası Avropa Parlamentinin Milli Ordunun zabiti Ramil Səfərovla bağlı qətnaməsinə etiraz əlaməti olaraq bəyanat verib. Milli Məclisin bu gün keçirilən axşam iclasında müzakirələr bitdikdən sonra bəyanat beynəlxalq təşkilata ünvanlanıb. Bəyanatda deyilir ki, Macarıstan tərəfinin Ramil Səfərovu Azərbaycana ekstradisiyası beynəlxalq konvensiyaya uyğun həyata keçirilib. Milli Məclis bəyan edib ki, Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsi ikili standarların göstəricisidir. ?Azərbaycan Avropa Şurasının üzvi kimi digər ölkələrlə əməkdaşlığını davam etdirir, - deyə mətndə bildirilir. Bəyanat Milli Məclisdə keçirilən səsvermə zamanı 93 səslə qəbul edilib. Qeyd edək ki, Ramil Səfərovun Macarıstandan ekstradisiyası və onun Azərbaycanda azadlığı buraxılması bəzi beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılanıb. modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA