Elzad Abdullayevdən daha bir qalmaqallı açıqlama; Rektor da jurnalistləri günahlandırır

img

01-10-2012 [04:29]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev bu gün daha bir sensasiyalı açıqlama yayıb. ?Siz də, başqa qəzetçilər kimi başqa problemlərdən danışıb əsas cinayətkarları gizlətmək istəyirsiniz, xalqı yayındırmaq mövqeyi tutursunuz??, deyə, jurnalistləri də mandatından məhrum etdiyi Gülər Əhmədova sayaq sətiraltı ittiham edən Elşad Abdullayev, əslində, yenidən maraqlı məqamlara toxunub. Mia.az Avrasiya.net- istinadən xəbər verir ki, Elşad Abdullayev adıçəkilən sayta Sarbon unversitetində tədbirdə olduğunu deyərək, ətraflı danıuşmasa da, yeni hədəf nöqtələri göstərib: ??ara maskalılar məni günün-günorta cagı silahlı təhdid etdilər. 21.lX.2010-cu ildə ANS TV-də danışandan sonra, həmin ərəfədə bir qardaşımı oğurlayıblar, digərini də dirəniş göstərdiyinə görə zəhərlədilər, sağlamlığını itirdi, danişa bilmir, 20 ilə qurduğum ABU-nu da 20 dəqiqəyə bağladılar, qohum-əqrabama terror etdilər??. E.Abdullayevə ?Niyə məhz Gülər Əhmədova, axı, sizin daha təhlükəli düşmənləriniz var? sualını versək də, dəqiq cavab ala bilmədik: ?Gülərin cinayətlərini başa düşmək üçün vəkilim Adil Ismayılovun ?Azadlıq? radiosundakı cıxışına diqqətlə qulaq asın və ona müraciət edin. Bununla bağlı nə sualınız varsa, ona verin?. O, daha sonra bildirib ki, mətbuatda Azərbaycan prezidentinə şikayətlərim nəşr olunub, Azərbaycanda adam oğurluğu ilə məşqul olan mütəşəkkil cinayətkar dəstənin bütün üzvləri, konkret adlarla göstərilib: ?Əgər siz həqiqətən də düzgünlük və cəsarətiniz catırsa həmin adamlardan bir hörmətli jurnalist kimi müsahibə götürün, əsl cinayətkarları mətbuat vasitəsi ilə xalqımıza çatdırın. Bu gün qəzetçi olmaq lazım deyil, həqiqi jurnalist olmaq lazımdır. Əgər siz səmimisinizsə, mənim mətubatda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin adba-ad siyahısını vermişəm, bir jurnalist kimi borcunuzu yerinə yetirərək cinayətkarların hansından sorğu almısınız, hamısı pul axtarır, məqsədləri də esas cinayətkarları gizlətməkdir , esas fakt insan faktorudur, bir qardaşımı oğurlayıblar, digərini də zəhərləyiblər?, özümün də mənliyimi alçaltmaq istəyirdilər, lakin, vətənimi tərk etdim, mənliyimi, ləyaqətimi tərk etmədim. Məqsədim Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etməkdir. Siz də, başqa qəzetçilər kimi başqa problemlərdən danışıb əsas cinayətkarları gizlətmək istəyirsiniz, xalqı yayındırmaq mövqeyi tutursunuz??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA