Bakıda neft emalı zavodunda partlayız - YENiLƏNiB

img

01-10-2012 [03:45]


Oktyabrın 1-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda güclü partlayış olub, ölənlər, yaralananlar var. musavat.com-un xəbərin görə, hazırda partlayışdan sonra əmələ gəlmiş yanğının lokallaşdırılması prosesi gedir, jurnalistləri içəriyə buraxmırlar, şəkil çəkməyə qoymurlar, təxliyə edilən fəhlələr yaxınlıqdakı parka daşınıb. İlkin məlumata görə, partlayış zamanı 10-a yaxın adam ya ölüb, ya da ciddi xəsarət alıb. Hazırda FHN-nin xilasediciləri və yanğınsöndürənləri hadisə yerində çalışırlar. Zavodun işçiləri əməkdaşımıza bildiriblər ki, partlayış nəticəsində zəhərlənənlər də onlarladır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ?musavat.com?a faktı təsdiqləyiblər. Verilən məlumata görə, hazırda zavodun yaxınlığında iki təcili yardım maşını növbə çəkir: ?Bizi içəri daxil olmağa qoymurlar. Zavodda partlayış olub, xəsarət alanların sayı barədə bizə məlumat verilmir. Hələ ki, zavodun qabağında dayanıb gözləyirik. Təcili yardıma isə zavoddan iki nəfər müraciət edib?. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qəza baş verməsi barədə məlumatları təkzib edib. Şirkətdən ?apa?ya verilən məlumata görə, zavodda partlayışın baş verməsi və burada ölən və yaralananların olması ilə bağlı yayılan məlumatlar doğru deyil. Şirkətin rəsmi açıqlamasına görə, BNEZ-in 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb. ?Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir?, - deyə məlumatda bildirilir. Bununla yanaşı bildirilir ki, oktyabrın 1-də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınıb: ?Buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda təmir işləri davam etdirilir?. Nizami rayon Polis İdarəsindən isə ?apa?ya bildirilib ki, sözügedən zavodda qəza baş verib. Hadisə saat 13.30 radələrində meydana gəlib. Qaz borusuna yüksək təzyiqli qaz dolduğundan ani partlayış olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Hazırda yanğının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir. Polisdən, həmçinin bildirilib ki, hadisə zamanı ölən və yaralanan olmayıb.#601;rin g#601;xir#601; burada

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA