Deputat general-mayora məhkəmədə qalib gəldi

img

01-10-2012 [12:48]


Deputat Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? ASC ilə general-mayor, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidməti arasındakı məhkəmə çəkişməsi sona çatıb. Xatırladaq ki, deputatın rəhbərlik etdiyi qurumun belə bir addım atmasının səbəbi ?Azəryolservis?də çalışan əcnəbilərlə bağlı Dövlət Miqrasiya Xidmətinin sərt qərarlar qəbul etməsidir. Mia.az-ı məlumatlandıran informasiyalı şəxsin özlərinə görə, ?Azəryolservis? rəhbərliyi hesab edir ki, əcnəbilərlə bağlı müvafiq qanunlara əməl etdiklərindən Miqrasiya Xidməti onların Azərbaycanda yaşayıb işləməsinə mane ola bilməz: ?Amma Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ?Azəryolservis?in iddialarını qəbul etmir. Firudin Nəbiyev Miqrasiya Xidmətinə rəis təyin olunduqdan sonra nəinki ?Azəryolservis?də, həmçinin bütün dövlət qurumlarında qeyri-rəsmi çalışan əcnəbilərin qeydiyyata düşmələri istiqamətində fəal işlədi. Bu isə ?Azəryolservis?in layihələrində ucuz qiymətə çalışan əcnəbi fəhlələri çətin vəziyyətdə qoydu. Cavid Qurbanov da tabeliyində çalışan həmin əcnəbi fəhlələrlə bağlı qəbul edilmiş inzibati qərarlardan tam narazıdır. Lakin onun mandatı general-mayoru fikrindən döndərə bilmədi. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli oldular?. Müsahibimizin sözlərinə görə, Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? ASC-nin Dövlət Miqrasiya Xidmətinə qarşı qaldırdığı iddiaya ilk olaraq Nəsimi Rayon Məhkəməsi baxıb: ?Həmin iddia ərizəsində Miqrasiya Xidmətinin qərarının ləğvi tələb olunub. Amma sözügedən məhkəmə instansiyası deputatın rəhbərlik etdiyi qurumun iddiasını təmin etməyib. Ona görə də ?Azəryolservis? rəhbərliyi Nəsimi Rayon Məhkəməsinin narazılıq doğuran qərarından apellyasiya şikayəti veriblər və bu şikayətə ötən həftə Bakı Apellyasiya Məhkəməsində baxılıb?. ?Azəryolservis?in şikayətinin Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırıldığını deyən müsahibimizin sözlərinə görə, deputatla general-mayorun arasındakı çəkişməsinə sentyabr 21-də son qoyulub: ?Hakim Mirzəli Abbasov Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardadı ləğv edib. Bununla da ?Azəryolservis? ASC-nin Dövlət Miqrasiya Xidmətinə yönəlik şikayətini təmin etmiş olub?. Generalın rəhbərlik etdiyi qurumun Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət edib-etməyəcəyini dəqiqləşdirmək mümkün olmayıb. Məsələ ilə bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA