Zakir Qaralov deputatın rüzvət qalmaqalından danızdı; Baz prokuror rektoru hədələdi

img

01-10-2012 [12:30]


"Heç bir siyasi qüvvə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlə bağlı açılan cinayət işinin materiallarını siyasiləşdirməməlidir". Bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib. O deyib ki, yayımlanmış videomateriallarla bağlı müxtəlif ekspertizalar təyin olunub: "Dünən Baş Prokurorluğun əməkdaşları Azərbaycan Beynəlxalq Universitetində olub, videoçəkiliş aparılan otağa baxış keçirib. Onların rəyindən sonra biz deyə biləcəyik ki, bu çəkilişlər hansı avadanlıq və hansı məqsədlə aparılıb". Baş prokurorun sözlərinə görə, Əhmədova istintaqa kömək etmək üçün könüllü olaraq deputat mandatından imtina edib: "İlk növbədə videogörüntünü yayımlayan Elşad Abdullayev də istintaqa ifadə verməli, Əhmədova ilə üzləşdirilməlidir. Bu cinayət işi ilə bağlı bir çox suallar var və suallardan biri də odur ki, nəyə görə Abdullayev 7 il ərzində bu görüntüləri özündə saxlayıb. Yalnız ölkəni tərk edəndən sonra onları ictimailəşdirməyə başlayıb. Əgər o, korrupsiya ilə mübarizə aparan şəxs idisə, deputatlığa namizədliyini verən dövrdə ona edilən təklif barədə istintaq orqanlarına müraciət etməli idi. Nə həmin dövrdə, nə də sonrakı dövdə bununla bağlı müraciət olub". Onun sözlərinə görə, ictimaiyyət bilməlidir ki, Abdullayev və onun rəhbərlik etdiyi universitetlə bağlı korrupsiyaya dair xeyli sayda faktlar var: "2010-cu ildə ABU-nun tabeçiliyindəki klinikada orqan transplantasiyası ilə bağlı 10-a yaxın fakt müəyyən olunub. Həmin cinayət işi bu gün Ukrayna məhkəmələrində yekunlaşmaq üzrədir. Həmin mərkəzin rəhbəri Dilarə İsmayılova məlumat verir ki, bütün bu hərəkətləri Abdullayevin şəxsən göstərişləri ilə həyata keçirib və transplantasiya nəticəsində əldə etdikləri 100 min ABŞ dollarını şəxsən Abdullayevə çatdırıblar". Baş prokuror hesab edir ki, korrupsiya ilə mübarizə aparan şəxs gəlib bu suallara cavab verməlidir: "Həmin universitetdə oxuyan tələbələrin özləri və valideynləri tərəfindən verilən diplomlarla bağlı prokurorluğa xeyli müraciətlər daxil olub. Biz düşünürük ki, bu videogörüntülərin indi yayılması, Abdullayevin guya, korrupsiya ilə mübarizə aparması və xarici ölkədə sığınacaq almaq məqsədi daşıyır. O, bilməlidir ki, hamı qanun qarşısında bərabərdir və hər kəs törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunacaq". Baş prokuror deyib ki, videogörüntü ilə bağlı cinayət işinin istintaqı dövlət başçısının xüsusi nəzarətindədir. "Təklif edirik ki, Abdullayev özü ölkəyə gəlsin. Onu istintaqla əməkdaşlığa dəvət edirik", - Qaralov sonda deyib.#246;vrd#601; ba

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA