Gülər Əhmədova üzə çıxdı; O, Elzad Abdullayevdən videoları dayandırmağı istəyir

img

01-10-2012 [12:19]


?Elşad Abdullayev qoy bu, məktublaşma və videolaşma oyununu dayandırıb, istintaqa gəlsin?. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Gülər Əhmədova ölkədən qaçması barədə məlumatlara münasibət bildirərkən deyib: ?Mən heç yerə getməmişəm, Bakıdayam, evimdəyəm. İstintaqa kömək məqsədilə deputatıq mandatından könüllü imtina etmişəm. Sıravi vətəndaş kimi ölkədə yaşamağa davam edirəm?. G. Əhmədova Elşad Abdullayevin istintaqa gəlməsini və məsələlərin hüquqi müstəvidə araşdırılmasını gözləyir: ?İndi sıra Elşad Abdullayevdədir. Qoy bu, məktublaşma və videolaşma oyununu dayandırıb, istintaqa gəlsin, bütün suallara hüquq müstəvisində aydınlıq gətirilsin?. Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib. Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA