CCM-in vitse-prezidenti: ?Bir neçə QHT-nin ÖƏK-də aktiv iztirakı heç də QHT sektorunun gücünü ifadə etmir?

img

30-09-2012 [11:20]


Məmmədovun Zərərin Azaldılması Şəbəkəsinin eksperti ilə söhbətini təqdim edirik. AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun maliyyəsi ilə Azərbaycanda həyata keçirilən layihələrin növbəti mərhələsi başlayır. Əsasən, HİV və vərəmlə mübarizə üzrə layihələrin bundan sonrakı illərdə nəzərdə tutulan fəaliyyətləri yenə də adıçəkilən xəstəliklərə dair müayinə, diaqnostika və müalicəni, həmçinin digər sahələri əhatə edəcək. Layihənin iştirakçıları arasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təşkilatları da iştirak edir. Bundan əvvəlki illərdə olduğu kimi, bu dəfə də Qlobal Fond layihələrinin böyük hissəsini əhatə edən zərərin azaldılması proqramlarını Qeyri-Hokumət Təşkilatları (QHT-lər) həyata keçirəcək. Xatırladaq ki, HİV layihəsinin 1-ci fazasında QHT-lər sub-sub resipiyent olaraq hesabatlı idisə, bu dəfə bir pillə irəliləyərək, sub-resipiyent statusunda layihəyə qatılacaq. Səbəbi isə, QHT-lərin bundan əvvəl əməkdaşlıq etdiyi Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun nümayəndəliyinin ölkəmizdə fəaliyyətini dayandırmasıdır. Qeyd edək ki, ölkə layihənin əsas resipiyenti Səhiyyə Nazirliyidir. QF layihələrinin subresipiyenti olmaq əslində QHT-lən üzərinə böyük məsuliyyət qoyur, hesabatlılığı artırır. Lakin həmçinin QHT-lərin maddi-texniki bazasının, kadr potensialının inkişafı, idarəetmə və vəsaitlərin istifadəsinə nəzarət, monitorinq və qiymətləndirmə bacarıqlarının artırılması üçün də çox mühüm təcrübə imkanıdır. QHT-lərin yeni statusda fəaliyyətini necə yerinə yetirəcəyini isə zaman göstərəcək. Yeri gəlmişkən, onu da xatırladaq ki, artıq yeni statusda QHT-lər birbaşa olaraq QF layihələrinin həyata keçirilməsi və idarəetməsinə yönələn qurumun ? Layihə Əlaqələndirmə Bürosunun qarşısında hesabatlı olacaqlar. QF layihələrinin idarəetməsi və əlaqələndirməni həyata keçirən qurum isə 29 təşkilatı özündə birləşdirən Ölkə Əlaqələndirmə Komissiyasıdır (CCM). Hazırda bu qurumun tərkibində dövlət və qeyri-hokumət təşkilatlarının, habelə beynəlxalq qurumlarının nümayəndələri təmsil olunur. Qurumun sədri səhiyyə naziri Oqtay Şirəliyevdir. HİV layihənin 2-ci fazasının başlanmasına bir neçə ay qalıb. QHT-lər hələ ki, 2-ci faza ilə bağlı qrant müqaviləsini imzalamayıblar. Ümumiyyətlə, hazırda zərərin azaldılmasında iştirak edən QHT-lər növbəti fazada işləmək üçün yenidən müsabiqədə iştirak etməlidirlər. Müsabiqə ilə bağlı məlumat isə ictimaiyyətə əvvəlcədən açıqlanacaq. Bu məsuliyyətli dövr ərəfəsində QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, mövcud zərərin azaldılması proqramlarının daha da genişləndirilməsi və keyfiyyətli işin qurulması çox əhəmiyyətlidir. Xatırladaq ki, zərərin azaldılması proqramlarının HİV-in profilaktikasındakı əhəmiyyəti artıq qanunvericiliklə də təsdiqlənir. HİV haqqında yeni qanunda bu proqramlarının HİV-in profilaktikasında rolu qeyd olunur və yüksək risqə malik əhali qrupları arasında həyata keçirilməsinin vacibliyi əks olunur. Vətəndaş cəmiyyəti üçün hazırda çox önəmli bir dövrun başladığı zamanda Qlobal Fondun layihələrinin həyata keçirilməsində QHT-lərin hazırkı iştirakı, bundan sonrakı fəaliyyətlərdə QHT-lərin roluna dair mülahizələri bilmək üçün Azərbaycan Zərərin Azaldılması Şəbəkəsinin eksperti Zülfiyyə Mustafayeva bir neçə sualla Ölkə Əlaqələndirmə Komissiyasının (CCM) sədr müavini Soltan Məmmədova müraciət edib. Məlumat üçün bildirək ki, Şəbəkə 2008-ci ildə zərərin azaldılması sahəsində çalışan 34 QHT-nin iştirakı ilə yaradılıb və 2010-cu ildə ?Sağlam Həyat Tərzinin Təbliği? İctimai Birliyi adı ilə qeydiyyatdan keçib. Hazırda şəbəkə zərərin azaldılması sahəsində çalışan və ya çalışmayan, HİV probleminə dair n müxtəlif sahələr üzrə təcrübəsi olan 24 QHT-ni özündə birləşdirir. Şəbəkə həmçinin onun üzvü olmayan, lakin zərərin azaldılması proqramlarını həyata keçirən QHT-lərin də əlaqələndirməsi, potensialının artırılması və mentorluq üçün institusional inkişaf layihəsi çərçivəsində fəaliyyət göstərir. [b]- Soltan müəllim, Azərbaycanda zərərin azaldılması proqramlarının dayanıqlı və davamlı olması üçün hansı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var? Burada vətəndaş cəmiyyətinin rolunu necə görürsünüz?[/b] - Ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, son illərdə qəbul olunmuş qanun və sərəncamlar Azərbaycanda zərərin azaldılması proqramlarının davamlı inkişafına tam şərait yaradır. Buna nail olmaqdan ötrü mütləq qaydada həm dövlət qurumları, həm də bu sahədə çalışan QHT-ların birgə koordinasiyalı fəaliyyəti önəmlidir. Həm dövlət qurumları, həm də vətəndaş cəmiyyətinin bu sahədəki bacarıqları təkmilləşdirilməli və proqramın vacibliyi haqda məlumatlandırma genişləndirilməlidir. [b]- CCM-in fəaliyyətində QHT-lərin hazırkı iştirakı qənaətbəxşdirmi?[/b] - ÖƏK-in fəliyyətində QHT-lərin fəaliyyəti heç də tam qənaətbəxş deyil. Bir neçə QHT-nin ÖƏK-də aktiv iştirakı heç də QHT sektorunun gücünü ifadə etmir. Bu səbəbdən onların şəbəkə daxili fəaliyyətləri daha da gücləndirilməlidir. Bu sahədə həm də ÖƏK tərəfindən bəzi tədbirlər həyata keçirilir. Eyni zamanda dövlət qurumlarının birbaşa yerli QHT-ları ilə əməkdaşlığı bu istiqamətdə uğurların əldə olunacağına əminlik yaradır. [b]- QHT-dövlət qurumu münasibətlərinin mükəmməl olması üçün CCM-in fəaliyyətinlə hansı addımların atılması vacibdir?[/b] - ÖƏK-in təşəbbüsü ilə QHT və dövlət qurumları arasında mütəmadi dəyirmi masalar, müzakirələr və təcrübə mübadiləsi təşkil olunmalıdır. Eyni zamanda QHT-lərin ÖƏK-də təmsil olunması onların şəbəkə daxili fəaliyyətlərinin gücləndirilməsini tələb edir və bu da öz növbəsində birbaşa QHT-dövlət qurumları münasibətlərinin gücləndirilməsi üçün əsas tələblərdən biridir. [b]- Sizcə, bu neçə ildə Qlobal Fond layihələri üzrə qarşıya qoyulan hədəflərə çatmaq bizə müyəssər oldumu?[/b] - Qlobal Fond layihələri üzrə görülmüş işlər təqdirəlayiqdir. Lakin bu heç də qarşıya qoyulan məqsədlərin tam həyata keçirilməsi demək deyil. Bu səbədən, son illər Qlobal Fondun layihələrinin tətbiqində uyğun islahatlar həyata keçirilir və layihələrin tətbiqində dövlətin rolu daha da gücləndirilir ki, bu da səhiyyə sahəsində milli strategiyaların hazırlanması və tətbiqinə şərait yaradır. [b]Zülfiyyə Mustafayeva Azərbaycan Zərərin Azaldılması Şəbəkəsi[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA