?Rezonans?ın növbəti layihəsi ?21 əsrin gəncliyi?nə həsr olunub

img

30-09-2012 [09:57]


?Rezonans? Gənclərin Ictim?i Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə ?21 əsrin gəncliyi: könüllülük hərəkatının genişləndirilməsi!? layihəsini həyata keşirir. Layihənin məqsədi Azərbaycanın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirməkdir. Eyni zamanda, könüllülük hərəkatını stimullaşdırmaq, gənclərin intellektual, fiziki, mənəvi-əxlaqi və s. inkişafını dəstəkləyən regional sistem formalaşdırmaq, gələcəkdə gənclərin həyat keyfiyyətinin yüksəlməsi üçün sosial-iqtisadi şəraitin yaradılmasına, onları zərərli vərdişlərdən, təhlükələrdən maksimum mühafizə etmək üçün birgə fəaliyyət sistemi hazırlamaqdır. Layihə çərçivəsində mövzu ilə əlaqədar kitab da çap ediləcək, Bakı, Gəncə, Yevlax, Şirvan və Masallı şəhərlərində tədbirlər həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA