Gürcüstanda 3 milyon 614 min seçici seçkiyə hazırlazır

img

30-09-2012 [03:46]


Gürcüstanda sabah keçiriləcək parlament seçkilərinə son hazırlıqlar gedir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədəki 3719 seçki məntəqəsi seçkiyə tam hazırdır. Xaricdə isə 45 seçki məntəqəsi açılıb. Gürcü, Azərbaycan və erməni dillərində seçki bülletenlərinin çapı yekunlaşdırılıb. Seçki bülletenlərinin məntəqələrə paylanmasına dünəndən başlanılıb. Seçicilərin sayı isə 3 milyon 614 minə yaxındır. Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində əsas rəqiblər prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi hakim "Vahid Milli Hərəkat" partiyası və müxalifət lideri, milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" koalisiyasıdır. Parlament seçkilərini müşahidə edəcək uzunmüddətli və qısamüddətli xarici müşahidəçilərin əksəriyyəti artıq Tiflisdədir. Seçkini, seçkiqabağı və seçkidən sonrakı mərhələləri ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası kimi beynəlxalq qurumlar və 50-dən çox yerli qeyri-hökumət təşkilatı izləyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA