Nazirdən əsəbi açıqlama: ?Sevinc Babayevanı tanımağa borclu deyiləm?

img

29-09-2012 [02:16]


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deputat Gülər Əhmədova ilə eks-rektor Elşad Abdullayev arasındakı qalmaqalda adı keçən kitabxana direktoru Sevinc Babayevanın məsələsinə münasibət bildirib. Mia.az xəbər verir ki, Modern.az-a eksklüziv açıqlamasında nazir kitabxana direktorunun ətrafında baş verən proselərlə maraqlanmadığını və bu barədə geniş məluma malik olmadığını deyib. ?Mən adını çəkdiyiniz qadını tanımıram. Nazirlik strukturunda işləyənlərin hamısını tanımağa borclu deyiləm ki..?-deyə Ə.Qarayev əsəbi şəkildə vurğulayıb. Nazir məlum videoqalmaqal barədə danışmaq istəməyib. Sevinc Babayeva ötən ilin oktyabr ayında əmək müqaviləsi ilə M.Ə.Sabir adına kitabxananın direktoru təyin olunub. O, deputat Gülər Əhmədovanın rüşvət qalmaqalında vasitəçi kimi çıxış edib. Babayevanı dünəndən vəzifədən çıxarıblar...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA