Gülər Əhmədova mandatının ləğv olunması üçün Milli Məclisə müraciət etdi

img

28-09-2012 [07:05]


"Gülər Əhmədovanın yaşadığı ünvandan 28 sentyabra keçən gecə saat 4:45-də, günorta 15: 55-də, axşam 17:17-də çağırış qəbul olunub. Həkim son olaraq 17:57-də mənimlə əlaqə saxlayaraq xəstənin insult keçirmədiyini, sadəcə nevrotik reaksiyası olduğunu bildirib. Bu reaksiya da baş verən hadisə ilə bağlıdır?- bu sözləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bizimyolinfo.com saytına deyib. M. Həmidov qəzetimizə deyib ki, G.Əhmədovanın vəziyyəti ağır deyil. Həkim xəstənin klinikaya yerləşdirilməsinə ehtiyac görməyib. ?Saytların Gülər Əhmədovanın Neftçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumatları yalandır?- baş həkim deyib. Baş Prokurorluq deputat Gülər Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işinin başlandığını açıqlayıb. Son məlumata görə, Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ?Media forum? saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Gülər Əhmədova ərizəsində son günlər yayılan videonu əsas gətirərək deputatlığına xitam verilməsini istəyib. Milli Məclis ərizəyə oktyabrın 1-də keçiriləcək plenar iclasda baxacaq.#601;riz

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA