Teleaparıcı ilqar Mikayıloğlu: "Bacım Gülər Əhmədova insult keçirib"

img

28-09-2012 [05:31]


Son günlər adı qalmaqallarda hallanan millət vəkili, Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri Gülər Əhmədova insult keçirib. Gülər xanımın qardaşı, teleaparıcı İlqar Mikayıloğlu deyib ki, gecə saatlarında bacısının vəziyyəti həqiqətən də pisləşib. Mia.az ANS PRESS-ə istinadən xəbər verir ki, ANS TV-nin "Günə Baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu bacısının səhhətində yaranmış problemi belə izah edib: "Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Həkimlərin dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA