Gülər Əhmədovanın ?Mərkəz? qəzeti fəaliyyətini dayandırır

img

28-09-2012 [05:20]


Milli Məclisin üzvü Gülər Əhmədovanın məlum olayından sonra hakim Yeni Azərbaycan Partiyasının da ondan imtina etməsi prosesləri daha da kəskinləşdirib. MİA-ya daxil olan məlumata görə, Gülər Əhmədova ilə bağlı prokurorluq tərəfindən cinayət işinin açılması, daha sonra YAP-ın imtina bəyanatı deputatın sahibi olduğu ?Mərkəz? qəzetində də gərginlik yaradıb. Aldığımız məlumata görə redaksiya heyətinin bir qrup nümayəndəsi G.Əhmədovanın müdafiəsinə qalmağı, bir qrup isə əksini söyləyib. Hazırda qəzet kollektivində ciddi fikir ayrılığı yaranıb. Hətta bir neçə nəfərin bəyanat verərək qəzetdən gedəcəyi bildirilir. Qəzetin fəaliyyətinin dayandırılacağı da bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA