Azərbaycanda elektrik enerjisi ilə bağlı yaranan problemə rəsmi aydınlıq gətirildi

img

28-09-2012 [12:04]


Azərbaycanda elektrik enerjisi ilə bağlı yaranan problemə rəsmi aydınlıq gətirildi. Bu gün güclü leysanla müşaiyət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 6.55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. "Azərenerji"nin mətbuat xidmətindən verilən məlumata görə, ildırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlik transfatmatoru zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub. Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA