Baz Prokurorluq Sevinc Babayevanın həbsini təkzib etdi

img

28-09-2012 [01:16]


Baş Prokurorluq Sevinc Babayevanın həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də M.Ə. Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayevanın həbs olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: ?Bu məlumat doğru deyil və tərəfimizdən təkzib olunur?. Qeyd edək ki, bəzi xəbər portallarında S. Babayevanın həbs edilməsi barədə məlumatlar yer alıb. Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA