Gülər Əhmədovanın ortağı obyektlərini satıza çıxardı

img

27-09-2012 [05:58]


Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədovanın ondan rüşvət istədiyini əks etdirən videogörüntüləri yaymasından sonra G.Əhmədovla sıx əlaqələri olan bir sıra şəxslər təşvişə düşüb. Onların arasında deputatlar, yüksək vəzifə sahibləri, iş adamları və digər şəxslər də var. Ən çox narahat olanlar isə G.Əhmədovla daha yaxın münasibətləri olan, onunla ortaq layihələr həyata keçirən şəxslərdi. Gunxeber.com-un məlumatına görə, onlardan biri də Beynəlxalq Diaspor Mərkəzinin sədri (BDM) İsmayıl Ağayevdi. Məlumatlara görə, ümumən fəaliyyəti o qədər də şəffaf olmayan İ.Ağayevin G.Əhmədovla çox böyük şərikli biznesi var. Onlar həm Bakıda, həm də bir sıra rayonlarda, xüsusən də şimal bölgəsində nəhəng biznes şəbəkəsi qurub. Məlum video qalmaqalından sonra qorxuya düşən İ.Ağayev biznes ortağının başına gələnlərin ona da xətər toxunduracağından ehtiyyat edərək G.Əhmədova ilə şərikli aldıqları və yaratdıqları bir sıra biznes obyektlərini satmaq qərarına gəlib. İ.Ağayev düşünür ki, G.Əhmədovu bu məsələ ilə tam bitirsələr onun deputatla şərikli qurduğu və dəyəri milyonlarla ölçülən biznesi təhlükəyə düşə bilər. Buna görə də, İ.Ağayev artıq şərikli obyektlərini satışa çıxarıb. Bu barədə aldığımız məlumatda deyilir ki, ilkin olaraq o, şimal rayonlarında olan yanacaq doldurma məntəqələrini satışa çıxarıb. Hazırda onun adamları bu obyektlərə müştəri axtarır. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Gunxeber.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA