27-09-2012 [05:34]
Sabiq ADP-çi, müstəqil jurnalist Məhbub Zülfüqarlı prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və QHT rəhbərlərinə müraciət edib.
Mia.az M.Zülfüqarlının müraciətini olduğu kimi dərc edirik:
[b]?Cənab prezident![/b]
10 avqust 2012-ci il İmişli rayon Məhkəməsində S.Ağayevin sədrliyi ilə mənim iddiama baxıldı, qismən təmin olunsa da, qərarın sürətini 27.08.2012-ci almışam. 120 min nəfər İmişli sakinindən əlavə hakim Cəbrayıl rayon Məhkəməsinin də funksiyasını idarə edir. İddiaya səbəb reket, 1-2 ayda 500 tirajla çıxan qəzet ?Həqiqət və Reallıq? və onun keçmiş məhbus baş redaktoru İ. Quliyevin haqqında dünyada analoqu olmayan KİV üçün həqarət və ləyaqətsiz sayılan ifadələr ilə təhqir və böhtandan ibarət 2 səhifə yazıları ilə bağlı idi. Sifariş eks-başçı Ə.Ağayev, RİH-nin 30 illik hüquq şöbə müdiri R. Zahidovun və başqalarının idi. Hətta həyasızlıq və ləyaqətsizlikdə ad çıxarmış erməni KİV-i belə cümlələri mətbuata çıxarmaz, öz ziyalısını bu qədər əclaflıqla təhqir etməzdi.
Qəzetin fəxri redaksiya heyəti, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Salyan Məhkəmə Sədri R. Əliyev Kürdəmir Məhkəmə sədri Sulduz Paşa oğlu, Balakən rayon prokuroru Vəli Əhmədov kəsəsi hüquq mühafizə orqanları rəhbərləri, eləcədə İmişli Kapital bank müdiri Adəm Səfərov, İmişli Mədəniyət İdarə rəisi Hasil Tağıyev, əmisi oğlu Vahid Tağıyev (RTŞ rəis müavini) qəzetin sponsorları həm də reket qəzetə müsahibə verib, sətr-sətr oxuduğunuzu bəyan edirsinizsə sizə necə dövlət rəsmiləri deyib, haqq qazandıraq? Hakim S.Ağayevə sual etdim ki, dövlət rəsmilərin belə bir kiçik tirajlı və səviyyəsi aşağı qəzetə arxa və ya üzv olması qanunidirmi? Cavab birmənalı oldu :?Siyasətə qarışa bilməz?.
Rayon Məhkəmə Sədri qarşısında reket qəzetçi, vaxtı ilə İmişlinin birinci katibi, mərhum ümummilli lider H. Əliyevin yaxın silahdaşı Qadir İsmayılzadənin üzərinə QAZ-51 maşını sürmüş həbs olunmuşdu, cəzasını Moskvadakı həbsxanada çəkdi, təsəvvür edin, o vaxt siyasi rəhbərlərə sui-qəsd edən İ. Quliyev mənə mənəvi qəsd edib, hakim 2 dəfə iddiamı geri qaytarandan sonra, ona qismən cəza verib ki, məhkəmədə İ. Quliyev təhqir və böhtanlarını açıqcasına etdi, hakimdən qeyd etməyi tələb etsəmdə, qeyd etmədi. Çünki, İ. Quliyevi sözsüz ki, həmdə Ali Məhkəmə hakimi A. Kəlbalıyev yəqin ki, tapşırıb.
Hətta İ. Quliyev ?Bu Məhbub indi də qəzet və saytlara rayon rəhbərlərindən böhtan və şantaj dolu yazılar verir?- deyəndə, Məhkəmə sədri onun sözünü kəsdi: ?Məhbub bəy həmişə açıq yazıb, o, imzasız yazılar hələki yazmayıb.? - dedi.
?Bildirdim ki, əgər ömrüm boyu imzasız yazım olubsa nəslimin qadınları pis yol yolçuları, özüm ləyaqətsiz və şərəfsiz hesab edilim, yalandırsa cümlə siz İ. Quliyevə aiddir?- dedim.
İ.Quliyevin axırıncı məhkəmədə özü də bilmədən açıqladığı böhtan məni ayıtdı, İmişlinin oyunçu və tətikçi oğru məmurları, indi də mənə qarşı başqa mübarizə yolu seçiblər, bu onların növbəti blefidir, ifşa olundular. Onlar İmişlinin təzə başçısı V. Hacıyevə təlqin ediblər ki, ?O gələndən KİV-lərdə gedən tənqidi yazıları Məhbub bəy verir. V. Hacıyev isə hüquq mühafizə rəhbərləri ilə qapalı yığıncaqda məni susdurmağı ?tövsiyyə? edib, tətikçilər hədəfə dəyib. Amma hüquq mühafizə orqanları rəhbərlərinin 2-si deyib ki: ? Məhbub bəy siyasətdən və qəzetlərdən hələki çəkilib, sizin ona sonrakı münasibətinizdən çox şey asılıdır. Adamın İmişlidə qəbr yeri də yoxdur? - deyərək başçını fikrindən yayındıra biliblər.
Siyasətdən çəkilsəm də , artıq siyasət mənimlə məşqul olmağa başlayıb. Siyasiləşmiş məmur ordusu, pul, var-dövlət, sərvət, hətta katibə-qaravaş xanımlardan belə doyublar, indi də onları ifşa etmiş siyasətçi ovuna çıxıblar. Unudurlar ki, şiri şikara gedən çox zaman şikara dönür, əgər şikar olmamısan, tale olub yar sənə, şerindəki kimi, bildirim ki, 23 ilin boş çanaq siyasətçisi ilə toqquşmaq dolu çanaqlılara ?doymuşlara? baha otura bilər, amma ?boşçanaq?-dan heç nə düşmür, yalnız danqıltı eşidilir.
[b] Cənab prezident![/b]
Başlarının üstündən şəkillərinizi asan bu harınlaşmış məmurlar ordusunun nəinki müxalifətçiyə, hətta sadə insanlara hücumu sizin adınıza yazılır, bir ildir siyasətlə məşğul olmuram, bir ildir açıq həmlə edənlər, indi gizli həmləyə keçiblər, arxalarında hakimlər, prokurorlar, bankirlər, iş adamları, deputatlar olan bu məmurların əməlləri dövlət adına həqarət, vəzifədən sui-istifadədir, bu dövlət adına killerlik, vətəndaşa sui-qəsddir.
05 iyul 2011-ci il burun çəpər üz sümüyümü sındırtdırmış RİH-nin hüquq şöbə müdirinin ?müsavatçı? kürəkəni A.Zahidovu İmişlinin prokuroru N. Göyüşov ciddi müdafiə etdi, amma mənim mənəviyyətimi ciddi təhqir etmiş İ. Quliyevi hakim qismən müdafiə etdi. Qanunu plastilinə çevirənlər, dövlətin nüfuzunu da plastilinə çeviriblər.
25 sentyabr 2008-ci il hakim S. Ağayev mənə adi fikrimə görə bil il icbari hökm, 3000 manat cərimə oxumuşdu, amma mənim mənəviyyatımı düşməncəsinə, qəddarlıqla təhqir edən İ. Quliyevə qismən hökm oxuması bu ölkənin vətəndaşı olaraq mənəviyyatımı sarsıtdı. Deməli, kimin pulu varsa, zoru varsa, bıçaq oynada bilirsə, bu ölkənin ?bərkgedən?, ?kişisi? odur. Hətta oğru dünyası belə yolu qəbul etmir. Sifariş yerinə yetirən reket qəzetçi ilə, sifariş yerinə yetirən killerin və hakimin bir adı var-korrupsiya. Mənim gözümdə tük axtaran fürsətçilərin korrupsiyasını bütün ölkə görür, cəzalanan isə həqiqəti görənlər olur. Həyadan məhrum olmuşlara bir sözüm var: ?Etdiyiniz pisliklər özünüzün qarşısına çıxmasa da , 100 qat nəvələrinizin qarşısına çıxacaq, heç olmasa bu, Ramazan bayramı günü bir 10 dəqiqə qəbirstanlığı gəzib, insan olduğunuzu düşünün.?
Mən azad insanam, bu ölkədə qəbr yerim yoxdur, heç olmasa ayıbınıza kor olub susun, tələlərinizi, oyunlarınızı yığışdırın, mən danışsam bu dəfə bütün ayıblarınız çılpaq qalacaq?-deyirəm.
Mən apellyasiya şikayəti vermək üçün iddiamı qərarını ala bilmirəm, hakim mənim iddiamı oxumağa borclu idi, başa düşərdi ki, qərarı səhvdir.
[b]Cənab prezident![/b]
Sizdən xahiş edirəm həm ötən 05 iyul 2011-ci il burun çəpərimi, üz sümüyümü sındırtdırmış, eləcədə mənəviyyatımı reket qəzetlərə aşağılatmış sifarişçı RİH-nin hüquq şöbə müdiri R.Zahidovun, İsrafil Quliyevin, eləcə də onları müdafiə edənlərin cəzalandırılmasına göstəriş verəsiniz. Əgər mənim kimi qeyri-zorakı mübarizlər öz qanunu haqlarını qoruya bilmirsə, aşağı təbəqənin hüquq-mühafizə sistemindən imtinası, öz haqqını qisas və intiqamla alması qaçılmazdır, bu insanlıq qanunudur.
Mən sizdən ədalət gözləyirəm. Əvəzində məmurlar həqarət daddırır, susdurmağın başqa yolunu axtarır, tələ, oyun qurur. Bizlər mübarizə apardıq ki, millət xoşbəxt firavan olsun, əvəzində millətin layiq olmayan təbəqəsi, hərisliyə, ruhi xəstəliyə yoluxmuşları sərvət xəstələri bizlərə qladiatorları kimi vuruşmağı təlqin etməyə səy etdilər. Sizdən xahiş edirəm korrupsiya haqqında mübarizəyə start verin, görün sizi nə qədər mənim kimilər dəstəkləyəcək?.